8 Sentyabr 19:09
8 Sentyabr 15:01
13:11
287.jpg)
"Ramştayn" formatında keçirilən 36-cı görüşün yekunlarına əsasən, tərəfdaşlar Ukraynanın döyüş meydanında mövqelərini möhkəmləndirmək üçün yeni töhfələrini açıqlayıblar.
Xalqcebhesi.az "Yevropeyska pravda"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, Ukraynanın Müdafiə üzrə Təmas Qrupunun 36-cı iclasının əsas nəticələri Müdafiə Qüvvələri üçün hava hücumundan müdafiə vasitələri, dronlar və sursatların ayrılması olub.
Müdafiə Nazirliyindən xüsusilə bildirilib ki, Almaniya "Patriot" sistemləri və "F-16" təyyarələri üçün yeni tutucu raketlərin tədarükünü, eləcə də pilotsuz uçuş aparatlarının (PUA) satınalınmasını elan edib.
Böyük Britaniya "Prioritized Ukraine Requirements List" (PURL) mexanizmi vasitəsilə Amerika silahlarının tədarükünə 100 milyon funt-sterlinq yönəldəcək. Həmçinin Britaniya ilin sonunadək əlavə 95 min dronun və digər ölkələrin vəsaitləri hesabına uzaq mənzilli on minlərlə artilleriya mərmisinin çatdırılmasını təmin edəcək.
Məryəm Quliyeva