İsrail HƏMAS yaraqlılarının yeraltı tuneldə məhv edilməsinin videosunu yayımlayıb Dünya

İsrail HƏMAS yaraqlılarının yeraltı tuneldə məhv edilməsinin videosunu yayımlayıb

İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Piter Lerner X sosial şəbəkəsində (keçmiş Twitter) yeraltı tuneldə gizlənən radikal Fələstinin HƏMAS hərəkatının yaraqlılarının məhv edilməsi əməliyyatının videosunu dərc edib.

40 saniyəlik videonun əvvəlində kabel üzərindəki işıqsız tunelə endirilən kamera bir adamı çəkib. Onu sol əli ilə götürür və sağ ovucu ilə obyektivdə yelləyir. Daha sonra barmaqları ilə V işarəsi edir, lakin sonra naməlum səbəbdən qəfildən sol əlini kameradan uzaqlaşdırır. Bu zaman çəkiliş başa çatır və sonrakı kadrlarda tunelə yönəldilmiş fənərin şüasında ən azı dörd nəfərin cəsədini ayırd etmək olur.

“Tunellər HƏMAS üçün üstünlük deyil, onlar ölümcüldür" - Lerner yazır.

Cavid