

Polşa, öz hava məkanını pozan bütün obyektləri vurmağa qərar verib.
Xalqcebhesi.az Reuters-a istinadən xəbər verir ki, bunu baş nazir Donald Tusk mətbuat konfransında deyib.
"Biz qərar qəbul edəcəyik ki, uçan obyektlər bizim ərazini pozub Polşanın üzərindən keçsə, onları vurmalıyıq — bu heç bir müzakirəyə mövzu olmayacaq", — o vurğulayıb.
Tusk həmçinin bildirib ki, münaqişənin şiddətlənəcəyi təqdirdə Polşanın tək qalmamasına əmin olmaq lazımdır.
Məryəm Quliyeva