Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib Dünya

Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib

Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.

Trend xəbər verir ki, parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i PML liderinin lehinə səs verib.

Şahbaz Şərifin Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi - Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.