"Ölkəmiz xarici investorlar üçün etibarlı tərəfdaşa çevirib"
28 Sentyabr 15:53
28 Sentyabr 15:53
28 Sentyabr 14:15
28 Sentyabr 13:53
28 Sentyabr 13:24
28 İyul 2022 12:46
3 626
Azərbaycan erməni işğalından azad etdiyi torpaqlarda biomüxtəlifliyin bərpası istiqamətində tədbirləri davam etdirir.
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Brüsseldə yerləşən "EUobserver" onlayn qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın prioriteti işğaldan azad edilmiş torpaqların, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasıdır.
"İlk növbədə, ərazilər minalardan təmizlənməlidir ki, bu da zəhmət və vaxt tələb edən işdir. Keçən ay Zəngilanda Bəsitçay və Həkəri çaylarına forel körpələrini buraxmışıq. Həm də Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar tingləri əkmişik. Bu çinarlar işğal müddətində məhv edilmiş nadir şərq çinarlarını əvəz etməlidir”, - deyə nazir bildirib.
M.Babayev qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri bərpa etməklə, həm də iqlim dəyişikliyinin təsirlərini azaltmaq imkanından istifadə edir və “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri” strategiyasına uyğun olaraq 2050-ci ilə qədər bu torpaqları sıfır tullantı zonasına çevirməyə çalışır. Onun sözlərinə görə, “yaşıl iqtisadiyyat”ın qurulmasına yönəlmiş belə təşəbbüslərdən biri də “ağıllı” şəhər və kəndlərin yaradılmasıdır.
28 Sentyabr 20:24
742
28 Sentyabr 18:55
826
28 Sentyabr 18:53
735