Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Jurnalistlər psixiatriya müəssisələrinə baş çəkməlidir”

“Jurnalistlər psixiatriya müəssisələrinə baş çəkməlidir” Hadisə

“Jurnalistlər psixiatriya müəssisələrinə baş çəkməlidir”

"Bizə indiyə qədər yüzlərlə şikayət daxil olub. Bu şikayətlər sosial, iqtisadi sahələrlə, həmçinin məmurlarla bağlıdır. Biz mümkün qədər çalışırıq ki, bu problemlərin həllinə nail olaq".
Bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu dünən İnsan Hüquqları üzrə Birləşmiş İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinin birgə mətbuat konfransında səsləndirib. Ona ünvanlanan şikayət və müraciətləri göstərən hüquq müdafiəçisi qeyd edib ki, ölkədə hüquq müdafiəçisi çox olsa da, nədənsə onların mütləq əksəriyyəti sıravi insanların müraciətləri ilə məşğul olmur: "Türmədən çıxan deyir ki, mən hüquq müdafiəçisiyəm. Mənə bir hüquq müdafiəçisi göstərin ki, siyasi xarakterli həbslər istisna olmaqla digər sadə insanların hüquqlarını müdafiə edir, onların şikayət və ərizələri ilə maraqlanır? Bizimlə birgə çalışan hüquq müdafiəçiləri istisna olmaqla digərləri bu işlə məşğul olmurlar. Onlar məhbus siyahısı tutur, sayı yüzdən çox göstərir, terrorçuların adlarını da bu siyahıya salaraq bizim işimizə də maneə olurlar". Novella Cəfəroğlu daha sonra qeyd edib ki, onlara daxil olan şikayətlər sosial yardımların alınması, evlərin uçurulması və digər problemlərlə bağlıdır: "Sosial yardım almaq istəyənlərin bəzən kartları əlindən alınır və razılığa gəlinir ki, ilk 6 ayı bu pulu hansısa bir rayonda müvafiq nazirliyin məmuru alacaq. Düzdür, vətəndaş öz hüquqlarını müdafiə edəndə, yuxarı instansiyalara çıxa biləndə belə halların qarşısı dərhal alınır. Ancaq hamı yuxarı instansiyalara çıxa bilmir". Hüquq müdafiəçisi söyləyib ki, onlar bu müddətdə çoxlu sayda sadə insanın hüquqlarını qoruya, haqlarını təmin edə biliblər: "Belə hallarla bağlı biz müxtəlif strukturlarla əlaqə saxlayır, polisdə, məhkəmədə bu insanların haqlarının təmin olunmasına nail oluruq. İnsan Hüquqlarına dair İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçiləri bu işlərlə məşğul olur. Biz hesab edirik ki, insanlara qarşı laqeyidliyi, özbaşına halları daim diqqətdə saxlamaq lazımdır. Həmçinin burada məhkəmə və polis sisteminin üzərinə ciddi iş düşür. Bu qurumlarla dialoq olmalıdır. Çünki şikayətlər aşağıdan gəlir". Sonda hüquq müdafiəçisi jurnalistləri mümkün qədər psixiatriya müəssisələrinə baş çəkməyə, orada nələrin baş verdiyini yazmağa çağırıb. Deyib ki, bu istiqamətdə onlara müəyyən siqnallar daxil olub və bu, heç ürək açan xəbər deyil. Xatırladaq ki, Azərbaycanın hüquq müdafiəçiləri Səhiyyə Nazirliyinin nəzarətində olan psixiatrik müəssisələrə daxil ola bilmirlər. Bu müəssisələrə əsasən ombudsman və Milli Preventiv Mexanizmin nümayəndələri daxil olub vəziyyəti qiymətləndirmək hüququna malikdir.