Bakıda çətənə kolu yetişdirən şəxs saxlanıldı - FOTO Hadisə

Bakıda çətənə kolu yetişdirən şəxs saxlanıldı - FOTO

Bakının Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, eləcə də narkotik xassəli bitkilərin kultivasiyasına qarşı mübarizə davam etdirilir.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə H.Sultanov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.