

5 Sentyabr 16:56
5 Sentyabr 16:49
5 Sentyabr 15:50
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Bakı Dövlət Universiteti (BDU) dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education”nın (THE) tərtib etdiyi “İnterdisiplinar Elm Reytinqi 2025”də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer alıb.
BDU-nun mətbuat xidmətidnən xalqcebhesi.az-a verilən xəbərə görə, THE-nin “Schmidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı və dünyanın yalnız 750-dək ən yaxşı ali təhsil müəssisəsinin daxil ola bildiyi bu mühüm reytinqdə BDU 201-250 diapazonunda qərarlaşıb.
“İnterdisiplinar Elm Reytinqi” dünyanın aparıcı universitetlərinin interdisiplinar araşdırmalar sahəsində əldə etdikləri göstəriciləri əsasında hazırlanır. TOP-250-də yer alması BDU-nun müxtəlif elm sahələrini birləşdirən araşdırmalar istiqamətində əldə etdiyi uğurların nəticəsi kimi böyük əhəmiyyət kəsb edir.
Bütün BDU əməkdaşlarını və tələbələrini təbrik edirik!