21 Oktyabr 18:51
21 Oktyabr 15:49
Expressen: Zelenski böyük döyüş təyyarəsi ilə bağlı razılaşma əldə etmək üçün İsveçə uçub
Məktəblilər arasında “R.M.90” proqramlaşdırma müsabiqəsi keçirilib
Azərbaycan və Qazaxıstan arasında fiber-optik xəttin çəkilişinə görə müəssisə yaradılıb
Bu il Qarabağda su təsərrüfatına 44 mln. manatdan çox vəsait xərclənib
2 Dekabr 2024 15:50
2 492
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
ANAMA-dan bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində noyabr ayı ərzində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 456, tank əleyhinə 85 mina, 2 min 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Ümumilikdə ötən ay ərzində 4 min 707,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.