
Zelenski: Təhlükəsizliyin əsas təminatı Ukraynanın güclü ordusudur
4 Sentyabr 17:54
4 Sentyabr 17:54
4 Sentyabr 17:41
4 Sentyabr 17:21
4 Sentyabr 17:12
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılığı ilə Rumıniyada səfərdə olan nümayəndə heyəti dini ibadət yerlərini ziyarət edib.
Nümayəndə heyətinin üzvləri martın 2-də Sinaya şəhərində Rumıniya pravoslav kilsəsinə məxsus Sinaya, Buşteni şəhərində "Müqəddəs Xaç" Karayman monastırlarını və Braşov şəhərində yerləşən Augsburg Konfessiyası Yevangelist kilsəsinə məxsus "Qara kilsə"ni ziyarət edib.
Ziyarət zamanı Azərbaycan nümayəndə heyətinə Rumıniyanın dini icmalarının fəaliyyəti və kilsələrin tarixi barədə geniş məlumat verilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri dini ibadət yerləri ilə tanışlıq zamanı dini icma rəhbərlərinə ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi üçün yaradılan şərait, Azərbaycanda mövcud olan uğurlu dövlət-din münasibətləri modeli, habelə ölkəmizin konfessiyalararası anlaşma və dinlərarası dialoqun təşviqi sahəsindəki beynəlxalq təşəbbüslərindən bəhs edib. Azərbaycanla Rumıniya arasında bütün digər sahələrdə olduğu kimi dini məsələlər və multikulturalizm ənənələrinin təşviqi istiqamətində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirib.
Cavid