FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb Hadisə

FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 kv. m olan 2 otaqlı mənzildə 5 kv. m sahədə məişət tullantıları yanıb.
Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi 1941-ci il təvəllüdlü Akimova Aleksandra Nikoloyevnanın meyiti aşkar olunaraq mənzildən çıxarılıb aidiyyatı üzrə təhvil verilib, ev sahibinin qızı isə müxtəlif xəsarətlərlə xilas edilərək Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Yanğın zamanı 7 nəfər bina sakini təxliyə edilmişdir. Mənzil yanğından mühafizə olunub.