

Əslən Kəlbəcər rayonundan olan məktənb direktoru Naxçıvanda avtoqəzada ölüb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Orduabd rayonunun Nürgüt kəndində baş verib.
Səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonu Susuzluq kənd sakini, 2013-cü ildən Ordubadın Nürgüt kəndində yaşayan 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, rayonun Ələhi kənd orta məktəbinin direktoru olan A.Yusibov Milli qəhraman Hökümə Əliyevanın bibisi oğludur.