“Tənzilə Rüstəmxanlı: Sülh prosesi başlayıb”
27 Noyabr 22:39
27 Noyabr 22:39
27 Noyabr 21:12
27 Noyabr 20:55
3 İyul 17:24
3 038
İyulun 25-29-u aralığında Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.
ACF-nin mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, milli komandaların Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) baş tutacaq tədbir cüdo məşqçiləri üçün açıqdır.
Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdırlar.
Bildirilib ki, seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir.
Seminar həmçinin məşqçilərin motivasiyasını artıracaq, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.
27 Noyabr 17:57
973
27 Noyabr 15:45
1 106
27 Noyabr 13:38
1 078