Kaliforniyada fişək anbarı partladı Dünya

Kaliforniyada fişək anbarı partladı

ABŞ-ın Kaliforniya ştatında havai fişəklərin saxlandığı anbarda baş verən partlayışlar böyük panikaya səbəb olub.
Xalqcebhesi.az xəbər verir ki, yanğından sonra anbardakı fişəklər bir-birinin ardınca partlayaraq sanki bomba təsiri yaradıb, göyə nəhəng bir alov topu qalxıb.
Hadisə yerindən yayılan görüntülərdə anbarın tamamilə dağıldığı müşahidə olunur.
Rəsmilər 7 nəfərin itkin düşdüyünü açıqlayıb.
Güclü partlayışların uzun müddət davam etdiyi ərazidə yerli sakinlər dəhşət dolu anlar yaşayıb, təhlükəsizlik məqsədilə ətraf ərazilərdən insanlar təxliyə edilib.

Məryəm Quliyeva