Bərdədə bir nəfər çayda boğulub Hadisə

Bərdədə bir nəfər çayda boğulub

Bərdə rayonunda bir nəfər çayda boğulub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Zümürxan kəndindəki Çaylaq adlanan ərazidə baş verib.

Sakinlərin bildirdiyinə görə, çayda boğulan şəxs kənd sakini Nihad Əliqulu oğlu Rüstəmovdur.

Hazırda meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.