27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
1 Avqust 12:33
3 311
“Hər şeydən öncə onu xüsusi vurğulamaq lazımdır ki, bu gün Rusiya Federasiyası adlanan dövlətin torpaqları bütünlüklə rus millətinin torpaqları deyil”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət söyləyib.
A.Həsrət vurğulayıb ki, əslində Rusiya dövləti rus dövləti deyil: “Sadəcə olaraq hakimiyyət başında bir ovuc rus var və həmin o ruslar bütöv bir ölkəni, 17 milyon kvadrat kilometrlik ərazini işğal altında tuturlar. Baxın, Rusiyanın tərkibindəki respublikaların adlarına: Dağıstan, Çeçenistan, İnquşetiya, Adıgeya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan, Yakutiya, Altaylar, Xakasiya, Çuvaşiya, bunların hansı ruscadır? Heç biri. Niyə? Çünki həmin torpaqlar rusların deyil, işğal altındadır. Ona görə də mən düşünürəm ki, Azərbaycanda bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır. İkinci bir tərəfdən də Rusiyanın istilası, istibdadı altındakı xalqların azadlığa qovuşub bizim kimi müstəqil dövlətlər qura bilməsinə yardımçı olmaq lazımdır”.
Röya İsrafilova
27 Dekabr 18:22
1 120
27 Dekabr 11:23
1 232
27 Dekabr 10:56
1 225