Media subyektinin təsis edilməsi zamanı adla bağlı yeni tələblər qoyulub Hadisə

Media subyektinin təsis edilməsi zamanı adla bağlı yeni tələblər qoyulub

Çap mediası və onlayn media subyektinin təsis edilməsinə dair tələblər artırılıb.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əlavə edilən yeni - 62.6-cı maddəyə əsasən, media subyektlərinin (redaksiyalarının) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.