

1 Avqust 19:13
1 Avqust 13:23
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Rusiyanın TASS agentliyi növbəti dəfə Ermənistan və Azərbaycan arasında təxribat xarakterli yazı dərc edib və başlığa Xankəndi yerinə "Stepanakert" yazıb. Rəsmi Bakının sərt reaksiyası ilə agentlik, guya başlığa düzəliş edərək yenidən separatçılığa sövq və qərəzli olaraq bilərəkdən xəbər başlığını dəyişərək, Stepanakert sözünü, "Dağlıq Qarabağ" sözü ilə əvəz edib. Əlbəttəki Rusiya və Azərbaycan arasında münasibətlərin korlanması ilə müşahidə olunan bir dövrdə, Rusiyadan, xüsusilə də Rusiya mətbuatından bu kimi, separatizmi körükləyən və Azərbaycanın suverenliyini təhdid edən yazı və qeyri-leqal məlumatların dərc edilməsini, yayılmasını görmək mümkündür.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Çingiz Şahbazi deyib.
Onun fikrincə, hər kəsə aydındır ki, bu kimi yazılar Rusiyanın siyasi mətbəxinin təzyiq mexanizmi cəhdləri ilə bağlı metodlarından biridir və sağa-sola hər kəsə qarşı bu kimi çirkin siyasətdən, zaman-zaman istifadə etməkdədir:
"Əslində bu Rusiyanın siyasi simasıdır və siyasətin nəticəsidir ki, bu gün Ukraynada günahsız insanların qanı tökülür, insanlar evsiz-eşiksiz qalır və sairə. Hazırda Azərbaycana qarşı Rusiyanın hərəkətlərinin heç bir əsası yoxdur və təsir mexanizmi də sıfıra bərabərdir. Azərbaycan 44 günlük Vətən müharibəsində özünün ən çətin problemini həll edə bildi və işğalçı Ermənistanı torpaqlarından qovub çıxartdı. Bu qələbə Azərbaycan üçün yeni reallıqların əldə olunmasını təmin edir və bu reallıqlar içində Rusiyanın bundan sonra hər hansı bir təxribatının yeri və təsiri yoxdur. "Dağlıq Qarabağ" adının Rusiya tərəfindən gündəmə gətirilməsinin əlbəttə ki, hüquqi əsasları yoxdur və bu ad tarixə qovuşub və Azərbaycan özünün suveren dövlət hüquqlarını bu, işğaldan azad olunmuş ərazilərində bərpa edib və şəhər və kəndlərə öz orjinal adlarını qaytarıb. Bunu təkzib etməyə heç kimin nə haqqı var, nə də ki, hüququ".
Cavid