BƏƏ-nin BMT-dəki keçmiş Daimi Nümayəndəsi Lana Nuseybeh BMT Baş katibi vəzifəsinə namizəddir
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
Əhmədlidə "Ab-hava" restoranında qətl törətməkdə ittiham olunan iki nəfər həbs olunub - YENİLƏNİB
Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqlənib
1 Avqust 2025 13:21
9 807
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib.
ƏHD Partiyası mətbuat xidmətindən Xalqcəbhəsi.az-a verilən məlumata görə, açıqlamada deyilir:
“1967-ci ildə Xankəndidə inşa olunan, erməni millətçiləri və erməni separatizminin simvoluna çevrilmiş “Biz və bizim dağlar” adlanan tikili sökülməli və onun yerində Azərbaycan əsgərinin şərəfinə möhtəşəm abidə ucaldılmalıdır.
Ümumiyyətlə erməni separatçıları tərəfindən 1988-ci ildən tikilən istənilən abidə sökülməlidir. Ona görə ki, bu cür abidələr əslində separatizmin illərlə vurduğu yaranı yenidən qanadır və müharibənin acılarını xatırladır.
Xankəndi ən azı ölkənin ikinci paytaxtı elan olunmalı, orada Azərbaycan Respublikası Prezidenti üçün müasir ofis tikilməli, dövlət başçısı yay aylarında qonaqlarını orada qarşılamalıdır.
Hökumət bu barədə düşünməlidir!”.
18:59
280
18:17
896
17:36
574