“Kimin Mehdiyevlə cinayət əlaqəsi olubsa...” - deputatdan ŞOK AÇIQLAMALAR
“Kreml-Vaşinqton əməkdaşlığı üçün bu cür ritorika əlverişlidir”
AZAL: J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının 500-ə yaxın nüsxəsi çap edilib
Azərbaycan investorları Türkiyə üzərindən bir sıra bazarlara çıxış əldə edə bilərlər
1 Avqust 12:25
3 066
“İyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyinin “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbəri Moskvanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə növbəti hörmətsizliyidir. Aydın məsələdir ki, bu, adi bir redaktə səhvi deyil. Xüsusilə iki ölkə arasında münasibətlərin soyuq və gərgin olduğu bir vaxtda belə addımı sadəlövlüklə qəbul etmək mümkün deyil”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev söyləyib.
Politoloq vurğulayıb ki, TASS-ın istifadə etdiyi “Stepanakert” adı Azərbaycanda heç bir şəhər kimi mövcud deyil: “Eyni zamanda, “Dağlıq Qarabağ” ifadəsi də Azərbaycan ərazisində inzibati vahid kimi tanınmır. Rusiya tərəfi başa düşməlidir ki, bu yanaşma Azərbaycanda da çox yaxşı başa düşülür. Rəsmi Bakı da eyni bənzər ifadələrlə cavab verilə bilər. Məsələn, tarixi alman torpağı olan, lakin bu gün Rusiya Federasiyasına aid olan Kalininqradın “Kölsberq”, Kuril adaları kimi tanınan ərazilərin tarixi Yapon torpaqları olaraq “Şimane Adaları” adlandırıla bilər. Əgər Rusiya belə bir yanaşmanı davam etdirirsə, Azərbaycan mediası və xəbər agentlikləri rahatlıqla bütün Rusiya ərazisini türk toponimləri ilə adlandıra bilər”.
T.Rzayevin sözlərinə görə, TASS-ın bu addımı informasiya müharibəsinin tərkib hissəsidir: “Azərbaycan isə beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq öz haqqını müdafiə edir və müdafiə etməyə davam edəcək. Bu kontekstdə, Azərtac və Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq bəyanatları, rəsmi mövqeləri və açıqlamaları yerində və doğrudur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu cür addımlar Rusiyanın regiondakı mövqeyini daha da qabarıq şəkildə göstərir. Bu isə Azərbaycan-Rusiya münasibətlərində mövcud gərginliyi artırır”.
Röya İsrafilova