10:49
756
Bakıda 68 yaşlı kişi pəncərə düzəldərkən yıxılıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.
Belə ki, 1957-ci il təvəllüdlü Fuad Ələsgər oğlu Nəsirov yaşadığı Topçubaşov küçəsi ev 84-də pəncərə düzəldərkən yıxılıb. Xəstəxanaya yerləşdirilən F.Nəsirov noyabrın 2-də orada ölüb.