Zakir Həsənov Şoyqu ilə görüşüb Hadisə

Zakir Həsənov Şoyqu ilə görüşüb

Ukraynadakı vəziyyət müzakirə edilib
Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında ikitərəfli görüş olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş zamanı S. Şoyqu bildirib ki, bütün "rəngli inqilablar" bu və ya digər dərəcədə qan tökülməsinə, qeyri-sabitliyə və müsbət perspektivlərin olmamasına gətirib çıxarır.
General-polkovnik Zakir Həsənov isə Azərbaycanın sabitlik və demokratiya yolu ilə inkişaf etdiyini söyləyib. Nazir iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirib. Daha sonra nazirlərin görüşü mətbuata qapalı şəraitdə davam etdirilib. Məlumata görə, görüşdə Ukraynadakı vəziyyət də müzakirə olunub.