10:32
616
TRIPP Cənubi Qafqazı ABŞ-Mərkəzi Asiya əməkdaşlığı üçün tramplinə çevirir.
APA xəbər verir ki, bunu Avrasiya Təhlükəsizlik və Rifah Proqramının Baş direktoru Kamran Boxari Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumundakı çıxışında deyib.
“Cənubi Qafqazda İkinci Qarabağ müharibəsindən sonra güc balansı çox dəyişib. Əslində Cənubi Qafqaz özü bir geosiyasi dəhlizə çevrilə bilər. “Tramp marşrutu”nun bu baxımdan əhəmiyyəti çox böyükdür. Bu dəhliz təkcə ABŞ-Azərbaycan yox, həm də ABŞ-Mərkəzi Asiya arasında əməkdaşlıq üçün müstəsna əhəmiyyətə malikdir. Rusiyanın bu regionda təsirinin azalmasını görürük. Bu hal Azərbaycan üçün çox yaxşıdır və Azərbaycana öz sözünü rahat şəkildə deməyə imkan verir. Azərbaycan ətrafında hadisələr çox sürətlə baş verir. Bu da Bakı və Vaşinqton arasında münasibətlər üçün böyük fürsətlər vəd edir. İran və Rusiyada olan dəyişikliklər bunu deməyə imkan verir. Rusiyanın vəziyyəti məlumdur, İran da böyük dəyişikliklərin astanasındadır. Düşünürəm ki, regional dəyişikliklər əlaqələrimizdə yeni fürsətlərin peyda olmasına gətirib çıxaracaq”, - Kamran Boxari qeyd edib.