İran: ABŞ-ın müdaxiləsi Yaxın Şərqdə sabitliyi pozacaq Dünya

İran: ABŞ-ın müdaxiləsi Yaxın Şərqdə sabitliyi pozacaq

ABŞ-ın İranın daxili işlərinə müdaxiləsi bütün Yaxın Şərqin sabitliyinin pozulmasına bərabərdir və Vaşinqtonun regiondakı bütün maraqlarının sarsıdılmasına gətirib çıxaracaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ prezidenti Donald Trampın iranlı etirazçılara dəstək verməklə bağlı təhdidlərinə cavab olaraq bildirib.

O, X sosial şəbəkəsində yazıb: “Biz hesab edirik ki, etiraz edən sahibkarların dağıdıcı ünsürlərlə heç bir əlaqəsi yoxdur və Tramp başa düşməlidir ki, ABŞ-ın bu daxili məsələyə müdaxiləsi bütün Yaxın Şərq regionunda sabitliyi pozmaq və Amerika maraqlarını məhv etmək deməkdir”.

Daha əvvəl Tramp Truth Social platformasında yazmışdı ki, “əgər İran dinc etirazçıları gülləbaran edər və amansızcasına öldürərsə”, ABŞ nümayişçilərə kömək etməyə hazırdır.

Laricaninin sözlərinə görə, bu dərcdən sonra İranda daxili vəziyyəti kimin təhrik etdiyi və pozmağa çalışdığı aydın oldu. İran Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, "Amerika xalqı bilməlidir ki, Tramp bu macəranı başlayıb. Əsgərlərinizə yaxşı baxın".

Məryəm Quliyeva