İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
30 Dekabr 2025 23:00
3 633
Moskvanın “diplomatik cavab” iddiaları gerçək vəziyyətlə uzlaşmır.
Bunu politoloq Vaqif Hüseyn “xalqcebhesi.az”a açıqlaması zamanı deyib.
Vaqif Hüseyn qeyd edib ki, artıq dörd ildir Rusiya diplomatiyadan uzaq, yalnız güc və təzyiq siyasəti ilə hərəkət edir:
“Ukraynada şəhərlər dağıdılıb, milyonlarla insan yerindən-yurdundan olub, torpaqlar işğal olunub. Rusiya hansı addımlarını diplomatik adlandırır? Bu, sadəcə bəhanədir. Görünür, Moskva bəzi yüksək vəzifəli şəxslərə qarşı sui-qəsd planını hazırlayıb və bunu cavab tədbiri kimi təqdim edir.ABŞ-da Tramp administrasiyasının olması Putinə bəzi məsələlərdə əlverişli şərait yaradıb.
Bu səbəbdən konkret addımların nə olacağını tam şəkildə proqnozlaşdırmaq çətindir. Rusiya növbəti mərhələdə Ukraynanın hökumət binalarını və vacib infrastruktur obyektlərini hədəfə ala bilər.Moskvanın əsas məqsədi danışıqlardan qaçmaqdır.Rusiya uzun müddətdir ki, danışıqlardan qaçmaq üçün bəhanə axtarırdı və hazırkı situasiya ilə onu tapdı. Bu, həm də diplomatik bəhanələrin arxasında reallığın fərqli olduğunu göstərir”.
Günel Elxan
25 Mart 18:25
1 386
25 Mart 15:09
1 344
25 Mart 13:50
1 953