SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
09:16
588
Cənubi Amerika ölkəsi olan Peruda Yeni il gecəsi mədənçilərə hücum olub.
Hadisənin La Libertad bölgəsinin şimal hissəsindəki bir şəhərdə baş verdiyini bildirilir.
Polisin verdiyi məlumata görə hücum nəticəsində qızıl mədəninin girişində 3 nəfər ölüb, 7 nəfər isə itkin düşüb.
Ölənlərin sayının artacağı gözlənilir. Peru hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, 2025-ci ilin may ayında eyni bölgədə baş verən hadisədə 13 mədənçi qanunsuz mədən fəaliyyətlərinə müdaxilə edərkən bir dəstə tərəfindən qaçırılaraq öldürülüb.