
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Zəfər abidəsini ziyarət edib.
Ziyarət zamanı abidənin önünə çələng qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edilib.