11:54
637
Dünya ictimaiyyəti TDT-ni qlobal təhdidlərə cavab vermək qabiliyyətinə malik nüfuzlu qurum kimi qəbul edir.
APA xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, TDT üzvləri arasında ticari-iqtisadi əlaqələr ildən-ilə genişlənməkdədir və bu artım üçün təşkilat daxilində əməli addımlar atılır.
“2025-ci ilin yekunlarına əsasən, TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsi 12,9 milyard dollara çatıb. TDT-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq Türk İnvestisiya Fondu əməli fəaliyyətə başladıqdan sonra daha da genişlənəcək”, - Baş nazir bildirib.