Rusiya məhkəməsi Şahin Şıxlinski, Səfərovlar və digərlərinin həbs müddətini 5 ay uzadıb Hadisə

Rusiya məhkəməsi Şahin Şıxlinski, Səfərovlar və digərlərinin həbs müddətini 5 ay uzadıb

Yekaterinburq məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin həbs müddətini beş ay müddətinə uzadıb.

APA-nın Rusiya bürosu xəbər ki, Yekaterinburqun Kirovski Rayon Məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, Səfərovlar və digər azərbaycanlıların həbs müddətini 2026-ci ilin may ayının 31-dək uzadılması haqqında qərar çıxarıb.

Onlar həmin müddətədək istintaq təcridxanasında qalacaqlar. Şıxlinski və digər azərbaycanlıların cinayət işi üzrə andlılar məhkəməsinin üzvlərinin seçilməsi üzrə məhkəmə iclası isə 15 yanvar 2026-cı ildə keçiriləcək.