Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
“Moskva İrəvan üçün “ehtiyat strateji tərəfdaş” rolunu saxlayır”
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
Vens: İsveçrədəki danışıqlar nəticəsində İranla birbaşa rabitə kanalı quruldu
9 May 09:11
2 912
Zaqatalada güllələnmə hadisəsi baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, gecə saat 02:00 radələrində rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.
İlkin məlumata görə, hadisə rayonun Aşağı Tala kəndi ərazisində yerləşən restoranlardan birinin yaxınlığında baş verib.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.