Venesuela XİN rəhbəri zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Qazaxıstan elektron icazə sisteminə tam keçid barədə razılıq əldə edib
“Moskva İrəvan üçün “ehtiyat strateji tərəfdaş” rolunu saxlayır”
Azərbaycan hərbçiləri Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO
17:57
623
“Zənnimcə, Ermənistanın yaxın perspektivdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) tam çıxması hələ də aşağı ehtimallıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Polad Mehdiyev deyib.
P.Mehdiyev əlavə edib ki, son illərdə İrəvan təşkilatın fəaliyyətini tənqid etsə, üzvlüyünü faktiki dondursa və Qərblə əməkdaşlığı genişləndirsə də, Rusiya Ermənistan üçün hələ də mühüm təhlükəsizlik, iqtisadi və geosiyasi amildir: “Ermənistan xarici siyasətdə balans yaratmağa çalışır. Bir tərəfdən ABŞ və Avropa ilə münasibətləri inkişaf etdirir, digər tərəfdən isə Rusiyanı tam itirmək istəmir. Çünki Moskva İrəvan üçün hər zaman “ehtiyat strateji tərəfdaş” rolunu saxlayır və regional vəziyyət dəyişəcəyi təqdirdə bu əlaqələr yenidən əhəmiyyət qazana bilər”.
Siyasi şərhçi qeyd edib ki, ona görə də ən real ssenari Ermənistanın yaxın dövrdə KTMT-dən tam çıxması deyil, mövcud qeyri-aktiv statusunu müəyyən müddət daha davam etdirməsi və Rusiya ilə münasibətlərdə manevr imkanlarını qorumağa çalışmasıdır: “Bu, İrəvanın həm Qərblə inteqrasiyanı davam etdirməsinə, həm də Moskva ilə körpüləri tam yandırmamasına xidmət edir”.
Röya İsrafilova