Azərbaycan XİN zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib Siyasət

Azərbaycan XİN zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi zəlzələ ilə bağlı Venesuelaya başsağlığı verib.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.

“Venesuelada baş vermiş, çoxsaylı insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olmuş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, bu ağır günlərdə Venesuela xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Zərərçəkənlərin hamısının tezliklə sağalmasını arzulayırıq”, - başsağlığında qeyd olunub.

Xatırladaq ki, Venesuelada baş verən 7.2-7.5 ballıq zəlzələ nəticəsində 32 nəfər həyatını itirib, yüzlərlə insan xəsarət alıb.