Oman: Hörmüz boğazında gəmiçilik üçün tranzit rüsumları tətbiq edilməyəcək​​​​​​​ Gündəm

Oman: Hörmüz boğazında gəmiçilik üçün tranzit rüsumları tətbiq edilməyəcək​​​​​​​

Hörmüz boğazında gəmiçiliyin idarə edilməsinə dair gələcək mexanizmlər tranzit rüsumlarının tətbiqini nəzərdə tutmur.

Xalqcebhesi.az xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr əl-Busəidi Bəhreyndə keçirilən Fars körfəzi ölkələri və ABŞ-ın birgə nazirlər görüşündə bəyan edib.

"Boğazla bağlı gələcək razılaşmalar hər hansı tranzit rüsumunun tətbiqini nəzərdə tutmur", — deyə Oman İnformasiya Agentliyi onun sözlərini sitat gətirib. Əl-Busəidi həmçinin təsdiqləb ki, Maskat ABŞ və İran arasındakı anlaşma memorandumunu dəstəkləyir və bunun "Hörmüz boğazı vasitəsilə azad gəmiçiliyin bərpası" üçün reallaşdırılmasının vacibliyini qeyd edib.

Məryəm Quliyeva