14:19
1 246
“Avropa Şurasının yay sessiyasında Frank Şvabe yenə Azərbaycan əleyhinə qərəzli fikirlər səsləndirib. O, Azərbaycanı tənqidi fikrə dözümsüzlükdə ittiham edib və çox təəssüf ki, bununla da həqiqəti təhrif etmiş olub”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat vurğulayıb ki, Frank Şvabe ənənəvi ampulasından çıxış edir: “O, radikal, islamofob, türkofob düşüncəyə sahibi olduğu üçün heç vaxt Azərbaycanın inkişaf etməsini, bir müsəlman ölkəsinin qalib gəlməsini və regionda sülh yaratmaq üçün addımlar atmasını həzm edə bilmir. Frank Şvabeni narahat edən ən əsas məsələlərdən biri odur ki, Azərbaycan onun vətəndaşı olduğu dövlətin regiona müdaxiləsinin qarşısına alır və radikal meyillərin Azərbaycanda yayılmasına imkan vermir, hamını beynəlxalq hüquqa, ədalətə dəvət edir”.
H.Babaoğlu əlavə edib ki, bu dəyərlər Frank Şvabeyə yaddır: “Ona görə də Avropanın əlində uzun illərdir silah kimi istifadə edilən tənqidi fikir, söz və mətbuat azadlığı kimi dəyərlərin guya Azərbaycanda pozulduğunu iddia edir. Amma mənə elə gələr ki, bu mövqe Azərbaycanda yumor doğurur. Çünki artıq belə mövqelərin alt qatlarında nədən olduğunu Azərbaycanda hər kəs bilir və onun fikirlərinin nə qədər qərəzli olduğu Azərbaycan cəmiyyətinə aydındır. Çünki Azərbaycan cəmiyyəti savadlı və öz maraqlarından çıxış etməyi bacarın bir cəmiyyətdir”.
Röya İsrafilova