15:06
623
İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatzi ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, görüş zamanı bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, zəngin tarixi-mədəni irsin və dini abidələrin qorunması, eləcə də mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqidir.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkə daxilində və beynəlxalq miqyasda ümumbəşəri dəyərlərin təbliği istiqamətində mühüm layihələr həyata keçirdiyini vurğulanıb.
Cavid