25 İyun 17:48
1 722
ABŞ və İran arasında Qətər və Pakistanın vasitəçiliyi ilə İsveçrədə keçirilən danışıqlar tərəflər arasında rabitə kanalının qurulması ilə başa çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Britaniyanın "Unherd" portalına müsahibəsində məlumat verib.
"Evə qayıdarkən əldə etmək istədiyimiz nəticələrdən biri vəziyyəti gərginləşdirməmək (deeskalasiya) üçün İran tərəfi ilə rabitə kanalının yaradılması idi. Biz buna nail olduq", — deyə o bildirib. Vens qeyd edib ki, tərəflər Livanla bağlı da "çox yaxşı" irəliləyiş əldə ediblər və bu ölkədə münaqişələrin qarşısını almaq üçün mexanizmin hazırlanmasını müzakirə ediblər.
"Onlar indi əvvəlkindən fərqli danışırlar. Bunun bir çox səbəbləri var. Lakin biz bu danışıqların ardınca konkret addımların atılıb-atılmayacağını və yekun razılaşmanın onların ümumi şəkildə vəd etdiklərinə uyğun gəlib-gəlməyəcəyini müəyyən etməliyik", — deyə ABŞ-ın vitse-prezidenti vurğulayıb.
Məryəm Quliyeva