Qadın bir dünyadır Hadisə

Qadın bir dünyadır

Var olandan yaranış sevgi məhəbbətdi qadın

Ruhu pak huri mələk ömrə sədaqətdi qadın

Ərməğan Tanrı verib Adəmə həvva ananı

Qəlblərin nur ocağı böylə əmnaətdi qadın

Məndən soruşarlasa qadın nədir? Deyərdim qadın bir dünyadır. Saf, təmiz və müqəddəs bir dünya. Sevinci və kədəri, sevən böyük ürəyi ilə sonsuz və sirrli bir dünyadır. Qadın bəşəriyyətin ən həssas, qayğıkeş, hər çətinliyə qarşı sinə gərən, ailəsinə və yuvasına görə canından belə keçməyə hazır olan, övladlarının qayğısını çəkən dünyanın ən müqəddəs və ən əlçatmaz varlıqığıdır. Qadın müqəddəsdir çünki qadın anadır və həzrəti peyğəmbərimizin buyurduğu kimi cənnət anaların ayaqları altındadır..

Qadın hər bir evin anası,bacısı, dostu və sirdaşıdır. Qadın adını daşıyan hər bir kəs qayğılar və problemlərlə üzləşsədə, hər bir qadın istər cəmiyyətdə və istərsədə ailədə öz yerini və dəyərini qoruyub saxlamağa qadirdir. Qadınlıq içində azadlıq alovu yanan lakin həyatını və azadlığını ailəsi və və övladlarına qurban etməyə üstünlük verən qadınlara məxsus ali dəyərdir. Hələ bu Azərbaycan qadınıdırsa daha böyük hörmətə və sevgiyə layiq munisdir, dostdur və yardır.

Bu qədər qayğıkeş və zərif məxluq olan qadınlar təəssüfki bir çox halda cəmiyyətdə öz sözlərini deyə bilmir və bəzəndə ailə məişət zoraçılığına məruz qalırlar. Halbuki tarixən Azərbaycan türk qadınları bir çox qəhramanlıqlar göstərmiş və həyat yoldaşları ilə çiyin-çiyinə döyüş meydanlarında cəngavərliklər nümayiş etdirmişlər. Qadın olaraq həyatda qayğılar daima qadının yol yoldaşı olmuşdur.

Müasir dünyamızda belə qadınlarımız bir çox problemləri və qayğıları vardır. Hal-hazırda dünyaya övlad gətirmiş hər bir Azərbaycan qadını üçün ailə məişət qayğıları ilə uğraşmaq onun kariyesasında irəlləməsinə maneə olsada heç bir Azərbaycan qadını övlad böyütməsindən daha vacib bir kariyera tanımır.

Yuxarıda qeyd etdiyim kimi cənnət anaların ayağı altınadır buyurub cənabı peyğəmbərimiz. Lakin bu gün bir çox analarımız tənha yaşamaq məcburiyyətindədir. Bir çox qadınlarımız məhbus həyatı yaşayır, bir çox qadınlarımız isə qocalar evində bir gül kimi solub getməkdədir. Bu qadınlar öz yaxınları tərəfindən qocalar evinə lazımsız əşya kimi tərk edilmişlər. Təssüfki cənnəti analarının ayaqları altında görmək istəməyən övladların sayı get-gedə artmaqdadır. Əslində isə tənha analarımıza təkcə övladları deyil bütün cəmiyyətimiz sahib çıxamalı, hər kəs onları qorumalı və tənha qadınla qarşı insanlıq borclarını yerinə yetirməlidir.Çünki Azərbaycan qadınları Ramil Səfərov, Mübariz İbrahimov və daha neçə igidləri dünyaya gətirən və yetişdirən analardır.

Ümumiyyətlə qadınların yaşadıqları problemlərin kökündə bir çox halda qadınlarımızın bilgisizliyi və marifləndirilmədikləri durur. Qadınlarımızın cəmiyyətdə əzilməməsinin, fəaliyyətlərində uğur qazanmasının və səhhətlərində yaranacaq qadın xəstəlikləri kimi problemlərlə mübarizə aparmaqla əlaqədar bir sıra profilaktik və marifləndirici tədbirlər görülməlidir.

Bu tədbirlər aşağıdakılardır:

Ali təhsil almaları təmin edilməli:

Tibbi məsələlərdə bilgiləndirilməli:

Qadın problemləri ilə əlaqədar ictimai birliklərin sayı artırılmalı:

Müxtəlif marifləndirici tədbirlərin mütamadi keçirilməsi təmin edilməli:

Həbsxanalarda, qocalar evlərində və evlərində tənha yaşayan qadınlarla əlaqədar layihələr həyata keçirilməli:

Qadınların problemləri və onların necə həll edilməsi ilə əlaqədar araşdırmalar aparılmalı:

Cəmiyyətimizdə lider qadınların sayı layiq olduğumuzdan qat-qat azdır. Yüksək vəzifədə məsələn nazir və yaxud icra başçısı, bələdiyə sədri kimi vəzifələrdə isə kişi cinsinin nümayəndələri ilə müqayisə olunmayacaq qədər az sayda zərif cinsin nümayəndələri təmsil olunur.

Qadınların bir digər əsas problemləri qadın xəstəlikləridir. Təssüfki son dövürlərdə infeksion, endokrin, ginekoloji və şiş xarakterli qadın xəstəliklərinə yoluxanların sayında artış müşahidə edilməkdədir. Bu xəstəliklərin qarşısını almaq məqsədiylə yerlərdə xüsusi reabiltasiya mərkəzlərinin yaradılmasına ehtiyac vardır. Burada qadınlar mütamadi olaraq müayinə edilməli və marifləndirilmə işləri aparılmalıdır.

Bu xəstəliklərə aşağıdakı sadaladığım və digər amillər səbəb olur:

Qəbul etdiyimiz qidalar:

Ekoloji çirklənmələr:

Səhf bəslənmə:

Artıq kilolar:

Ailə münaqişələri:

Əsəb və stress:

Qadın xəstəliklərinin aradan qaldırmaq üçün hər rayonq, qəsəbə və kənddə reabiltasiya mərkəzlərinin yaradılmasına ehtiyac var. Bu mərkəzlərin əsas fəaliyyəti qadınların sağlamlığı məsələləri olmaqla eyni zamanda qadınlar arasında marifləndirmə tədbirlərinin keçirilməsi, təhsilə həvəsləndirilməsi, məsləhətlərin verilməsi və liderlik xüsusiyyətlərinin mənimsənilməsi kimi mövzular təşkil etməlidir. Bu mərkəzlərdə həmçini xanımlara psixoloji məsləhətlər verilməklə mənəvi dəstək verilə bilər.

Məlumdur ki, bir çox xanım stresdən, əsəbdən, özünə qapanmadan əziyyət çəkir. Reabiltasiya mərkəzləri xanımlarımızı bu cür problemlərdən qoruya bilər. Xüsusən regionlarda bu mərkəzlərə ehtiyac var. Çünki region xanımlarının cəmiyyətdə mövqeyi daha zəifdir. Təəssüf ki, şəhərlərlə müqayisədə regionlarımızda xanımlarımız daha çox ağır işlərlərdə çalışırlar. Qeyd etmək yerinə düşər ki, xanımların təhsil səviyyəsi artdıqca öz ayaqları üzərində dura bilmək bacarıqları artar.Ağır fiziki işlərdən əziyyət çəkməzlər. Ailələrinə daha çox zaman ayırara bilərlər. Övladlarının tərbiyəsi və təhsili ilə daha dərindən məşğul ola bilərlər.

Hər bir qadın üçün ailə və övlad əvəzedilməz meyardır. Ailə məsələləri ər və xanımının birlikdə həll etdikləri və hər ikisinin çiyinlərində olan prosesdir və ailənin güclü olması üçün ailənin nüvəsini təşkil edən kişi və qadının güclü olması lazımdır. İstər xanım olsun, olsun istərsədə bəy aiələlərimizin möhkəm olması üçün çalışmalıyıq. Həyat yoldaşlarımızdan sevgimizi və qayğımızı əsirgəməməliyik. Ailə nə qədər sağlam və güclü olarsa cəmiyyətimizdə bir o qədər sağlam və güclü olar. Güclü cəmiyyət isə güclü dövlət deməkdir.

Yeganə Qənbərova,

Mehdiabad bələdiyyəsinin üzvü