Azərbaycan Omanda 1-ci Yaradıcı Əl İşləri Sənayesi beynəlxalq forumunda təmsil olunur
ADA Universitetinin tələbəsi: Şəhər yeniliyin arxasınca qaçaraq öz ruhunu itirməməlidir
Boks üzrə Azərbaycan çempionatının ilk günündə 24 döyüş baş tutub
Elvin Cəfərquliyev Çempionlar Liqasında həftənin rəmzi komandasına seçilib
Fransa XİN: “Sülh Şurası”nın nizamnaməsinin bəzi müddəaları BMT Nizamnaməsinə ziddir
6 Avqust 2019 12:27
1 659
Qurban bayramı ilə əlaqədar ölkədəki 56 avtovağzal və avtostansiya kompleksi avqustun 7-dən 14-nə qədər gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. O bildirib ki, bayramın ilk günləri paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə ediləcək.
“Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletlərinizi öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etməyinizi tövsiyə edirik. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur. DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə (012) 566-52-58 nömrəsinə zəng edərək məlumat verəsiniz”, - N.Allahyarova qeyd edib.