

Təxribatlar dövrü bitdi: köhnə "təriqətlər" tarixə qarışır, saxta sədaqətlər format olunur
Brüssel və Bakı nəqliyyat dialoqu çərçivəsində yeni müzakirələrə hazırlaşır
Ankara Şəhər Şurası Azərbaycanın Türkiyədəki səfirliyi ilə əməkdaşlıq edəcək
İlham Əliyev Qazaxıstan Prezidentini Azərbaycana səfərə dəvət edib
Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1.9 mlrd. dollara çatıb
Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib.
Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.
Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.