
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Şəhid olanda məni də belə bayraqlarla dəfn edərsiniz”, “Cəbhəyə düşsəm, bir Mübariz də mən olacağam” deyən 19 yaşlı futbolçu İlqar Burcəliyevin həyat və döyüş yolu “Ölməzlər”də…
Trend-in məlumatına görə, Gəncə TV (Ganja TV) onlayn kanalında yeni layihə başlayıb. “Ölməzlər” adlı veriliş Vətən müharibəsində şəhid olanlara həsr edilib. İlk buraxılış “Kəpəz”, “Zirə” futbol klublarında oynayan futbolçu İlqar Burcəliyevin döyüş və həyat yoluna həsr edilib. Şəhid olacağını öncədən duyan İlqar günlüyündə bu barədə qeyd də edib.
Anası Elnurə Burcəliyeva deyir ki, son dəfə oğlu ilə görüşəndə bunun son görüş olacağını hiss edib. İndi şəhidin özü kimi futbolçu olan qardaşı Tamerlan onun adını formasında daşıyacaq. İlqar yenə yaşıl meydanlarda olacaq. Bu dəfə Tamerlan İlqar kimi.
İlqar Burcəliyev 27 sentyabr 2020-ci ildə Talış yüksəkliyi uğrunda qəhrəmancasına şəhid olub.