Ağdaşda fövqəladə hallarda risklərin idarə olunması ilə bağlı tədbir keçirilib
Avropa Azərbaycan Məktəbi şəhid övladının təhsil haqqını öz üzərinə götürüb
Üç cərrahın ixtisasına uyğun olmayan plastik əməliyyatlar apardığı aşkarlanıb
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Fatma Varank: COP31-də dünyada iqlim maarifləndirilməsinin genişləndirilməsi hədəflənir
15:47
315
Ötən ay ümumilikdə 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Analitik Ekspertiza Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub.
Müəyyən edilmiş əsas pozuntular arasında sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma, lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərinin həyata keçirilməsi, yararlılıq müddəti bitmiş və ya dövlət qeydiyyatından keçməmiş dərman vasitələrindən istifadə, yoxlama prosesinə maneə yaradılması, eləcə də lisenziya olmadan özəl tibb fəaliyyətinin həyata keçirilməsi halları yer alıb.
AEM-dən o da bildirilib ki, 2 ümumi cərrah və 1 üz-çənə cərrahının ixtisasına uyğun olmayan plastik cərrahiyyə əməliyyatları həyata keçirməsi faktı da aşkarlanıb. Bu hallar İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə qiymətləndirilib və hər bir fakt üzrə ayrıca protokol tərtib olunub.
Qeyd olunub ki, tibb xidmətləri sahəsində yol verilən qanun pozuntuları vətəndaşların sağlamlığı və həyatı üçün birbaşa risk yarada bilər. Bu səbəbdən Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan yoxlamaların sistemli, şəffaf və nəticəyönümlü xarakter daşıdığı vurğulanıb.
O da bildirilib ki, pozuntu halları aşkarlandıqda dərhal inzibati tədbirlər görülür və nəticələr müvafiq icra strukturlarına göndərilir.