“Qara bağ” adlı film çəkilir Hadisə

“Qara bağ” adlı film çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Qara bağ" adlı qısametrajlı bədii filmin istehsalına başlanılıb.
Kinostudiyadan "publika.az"a verilən məlumata görə, film "Azərbaycanfilm" kinostudiyasının elan etdiyi "yenifilm.az" ssenari müsabiqəsinin qalibi olan Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilir.
Ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
"Qara bağ" dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Filmdə məcburi köçkünlərin hazırkı yaşayışı, Qarabağ həsrəti bir sıra metaforik simvollarla əksini tapacaq.