Ermənilərin Azərbaycan sularını çirkləndirməsi ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq Hadisə

Ermənilərin Azərbaycan sularını çirkləndirməsi ilə bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq

Azərbaycan azsulu ölkələrdəndir. Tələbatımızın 70 faizi kənardan formalaşır. Su potensialının çox hissəsi də Qarabağdadır. Bununla bağlı müvafiq monitorinq işləri aparılır.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalislərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan zaman-zaman ekologiya ilə bağlı konvensiyaları pozub: "Monitorinqlər nəticəsində ilkin araşdırmalar beynəlxalq qurumlara təqdim ediləcək. Düşmənlər Oxçuçay üzərindəki filiz saflaşdırma zavodunun tullatılarını çaya axıdıblar. Həmçinin, onlar mənfur xislətlərindən qalmadan əllərinə keçəni çaylara axıdır və o da gəlib Araz çayına tökülürdü. Nəticədə təbiətimizi və çaylarımızı çirkləndirirdilər. Bununla bağlı da monitorinqlər gedir, beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq".