Dünyanın yanğın vahiməsi: nə diktə olunur? Hadisə

Dünyanın yanğın vahiməsi: nə diktə olunur?

Türkiyədəki meşə yanğınlarının terror hücumu, yaxud təbii fəlakət olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu hadisənin qəsdən törədilməsi və arxasında böyük planların olmasını düşünmək üçün əsaslar var:
1.Eyni anda Türkiyənin bir çox şəhərində yanğınların baş verməsi, ümumilikdə 38 vilayətdə 163 yanğın faktının qeydə alınması.
2.Yanğınların sürətlə yayılması üçün hava şəraitinin (külək) dəqiqliklə hesablanması və yaranmış durumdan provokativ cəhdlər.
Məqsəd nə ola bilər? Ehtimallar nədən ibarətdir?
...Türkiyənin turizmdən illik gəliri 30 milyard dollardan artıqdır və bu rəqəm pandemiyaya qədər getdikcə artırdı. Qardaş ölkə turizmdə dünyada 7-ci yerdədir və hədəf ilk üçlüyə daxil olmaqdır. Bu hədəfə doğru addımlar pandemiyaya qədər uğurla davam etdirilib. Ankaranın yumşaldılma ilə bağlı qərarından sonra əvvəlki səviyyənin bərpa olunmasına yaxınlaşma müşahidə olunub.
Hadisələrin Türkiyənin turizm bölgələrini əhatə etməsi Türkiyə iqtisadiyyatının hədəfə alınması şübhəsini artırır. Yanğınların baş vediyi Türkiyənin Muğla şəhərinə yaxın Datça yarımadasının sahillərində zəlzələnin baş verməsi isə əhalidə təşvişi daha da artırır ki, bu da arzuolunan durum deyil.
Təbii ki, yanğınlar əhalidə təşviş, gərginlik və qəzəb yaradıb. Bu başadüşüləndir. Amma bundan sonra bu qəzəbin yönləndirilməsi və daxili çaxnaşmalara rəvac vermə cəhdlərini müşahidə edə bilərik. Hadisəni PKK-nın törətməsi və buna görə də HDP-yə hücumlar edilməsi kimi çağırışlar var və sonradan bunun kürd toplumuna qarşı yönləndirilməsi ilə küçələri qarışdırmağa çalışacaqlarını gözardı etməməliyik.
Aydndır ki, tam dəqiqliklə düşünülmüş və yüksək peşəkarlıqla həyata keçirilən bu əməliyyat PKK təfəkkürünün məhsulu deyil, onu aşan məsələ və çox böyük bir layihədir. Buna görə də, PKK və ya HDP məsələsinin ortaya atılmasını təsadüf saymaq olmaz. Əgər PKK burada iştirak edibsə belə, sadəcə sifariş yerinə yetirən və aldığı sifarişin hardan gəldiyini belə bilməyən alət rolunda çıxış edə bilər.
Təbii ki, bu hadisələrlə bağlı müxtəlif yanaşmalar mövcuddur. Hədəfin
Türkiyə iqtisadiyyatı, yaxud hökumətinin olmasını düşünənlər, eyni zamanda bu versiyaları istisna edənlər az deyil.
Əlbəttə, bunlar ehtiamllardır və araşdırılmalıdır.
Amma istənilən halda bunun təbii fəlakət olmasını düşünmək sadəcə bəsit yanaşmadır. Ən azı həm azərbaycanlı, həm də türkiyəli ekoloqlar bu hadisənin təbii olaraq baş verməsini istisna edirlər.
Onu da nəzərə alaq ki, Yunanıstan, İtaliya, Amerika, Kanadada da genişmiqyaslı meşə yanğınları baş verib.
Bütün bunlar isə hədəfin sadəcə Türkiyə olmadığını düşünməyə əsas verir. Hədəf qlobal xarakterli ola bilər və bununla bağlı konspiroloji yanaşmalar və proqnozlar var.
Məsələn dünyaca məşhur “The Economist” dərgisinin 2020-ci ilin dekabr buraxılışında dünyada meşə yanğınlarının baş verəcəyini proqnoz verməsi maraq doğurmaya blməz. Onu da nəzərə çatdıraq ki, bu dərgi 2019-cu ilin dekabr buraxılışında da 2020-ci ilin dünyanın karantində olacağı mesajını vermişdi. Konspiroloqlar dərginin üz qapağındakı şifrələr üzərindən bunu açıqayıblar və təssüf ki, hər iki proqnoz özünü doğruldub. Bu dərgi haqqında fərqli düşüncələr var və bir çox ekspertlər bunu proqnoz deyil, dərgini maliyyələşdirən güclərin reallaşdıracaqları qlobal layihələri öncədən şifrələrlə çatdırması kimi xarakterizə edirlər.
Diqqətə alınan məqamlardan biri dərgini maliyyələşdirən ismin Beynəlxalq Valyuta Fondunun (BVF) əsas səhmdarlarından olmasıdır. Əksər xarici ekspertlər həmçinin Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Beynəlxalq Valyuta Fondunun törəmə qurumu və missioner təşkilatı kimi xarakterizə edirlər. ÜST isə pandemiya səbəbindən dövlətlərə çağırşlar edərək, koronavirusun daha güclü və öldürücü ştamlarının gələcəyini bildirir, bu səbəbdən hələ də qapanmanın zəruriliyini önə çəkir ki, bu da təbii olaraq dövlətlərarası ticarətə ciddi zərbə vurur. Pandemiya səbəbindən sərhədlərini bağlayan ölkələr təbii olarq iqtisadi itkilərə məruz qalıblar. Turizm üçün sərhədləri açan ölkələr, o cümlədən Türkiyə kifayət qədər gəlir əldə etməklə iqtisdi zərərləri önləməyə çalışır. Bu isə ölkələrin iqtisadiyyatını müəyyən qədər dirçəltməklə yanaşı, ən əsası dünya miqyasında presedentə yol açır. Yəni dünya ölkələri Türkiyədən nümunə götürə, turizm mövsümündən sonrakı dönəmdə belə sərhədlərini heç bir halda bağlamamaqla ÜST-nin qərarları ilə hesablaşmaya bilərlər. Bu düstur kontekstində məsələyə baxdıqda vahiməli bir mənzərə ortaya çıxır.
Həmçinin qlobal finans sisteminə bağlı olan digər quruluşların (BMT və.s) hər il hesabatlarında iqlim problemlərinin yaxınlaşdığını və bunun pandemiyadan daha dəhşətli olduğunu müxtəlif formalarda təqdim edir və dünya miqyasında insanlara qorxu aşılayan təbliğat aparırılar.
Amma dünyaca məşhur bir çox alimlər hesab edirlər ki, iqlim problemləri, qlobal istiləşmə ilə bağlı iddialar təqdim edildiyi kimi deyil. Alimlər bu iddiaların elmi əsasının olmadığını və deyilənlərin əslində dünyanın yeni sistemə keçidi üçün istifadə olunduğunu bəyan ediblər...
Məqsəd, yaxud hədəf nə olursa olsun, istənilən halda konspiroloqların illər öncə proqnozlaşdırdığı hadisələr baş verib və bunun təbii fəlakət olmadığını düşünmək üçün kifayət qədər əsaslar var...
Əsas məsələ dövlətlər və millətlər olaraq gələcəkdə bizi nəyin gözlədiyini görmək və insanlığın xilası üçün gerçəkləri anlamaqdır...

Əli Zülfüqaroğlu