TÜRKSOY-un Gənclər Orkestri Balkan turuna başlayıb Mədəniyyət
- 26 İyul 2017 14:40
- 11 214
Türk dünyasının müxtəlif ölkələrindən seçilmiş gənc istedadlardan ibarət TÜRKSOY Gənclər Orkestrinin Balkan turu başlayıb.
Türkiyənin Ankara şəhərində bir araya gələrək 10 gün ərzində hazırlaşan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikalarının gənc sənətçiləri Balkan turu çərçivəsində ilk konsertlərini Makedoniyanın Üsküp şəhərində verib.
Konsertə Türkiyənin Makedoniyadakı səfiri Tülin Erkal Kara, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyə və Makedoniyadakı səfiri Faiq Bağırov, türk qurum və təşkilatlarının nümayəndələri və yerli sakinlər qatılıb.
Türk respublikaları arasındakı diplomatik əlaqələrin 25 illiyinə həsr edilən konsertin açılışında çıxış edən Tülin Erkal Kara türk dünyasının UNESCO-su adlandırılan TÜRKSOY-un yarandığı gündən bu günədək gerçəkləşdirdiyi tədbirlərlə türk xalqlarının qardaşlığını gücləndirmək, türk mədəniyyətini dünyaya tanıtmaq və gələcək nəsillərə gözəl bir miras qoymaq üçün çalışdığını söyləyib. TÜRKSOY Gənclər Orkestrinin bir həftəlik Balkan turuna çıxdığını vurğulayan Tülin Erkal Kara konsertə ev sahibliyi etməkdən məmnunluğunu dilə gətirib.
Düsen Kaseinov isə TÜRKSOY-un yaranandan bu günə kimi türk mədəniyyət xəzinəsini qorumaq və gələcək nəsillərə çatdırmaq istiqamətində üzərinə mühüm vəzifə götürdüyünü bildirib.
"Musiqi mənəvi dünyamızı əks etdirən ilham mənbəyimizdir", - deyən D.Kaseinov burada olmaqdan məmnunluğunu ifadə edib. Türk respublikaları arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyini qeyd etdiklərini vurğulayan baş katib, konsert vasitəsilə türk dünyasının musiqi mirasının tanıdılmasına, mədəniyyətlərarası sülh, dostluq və dialoqun möhkəmləndirilməsinə töhfə verəcəklərinə inandıqlarını deyib.
Anvar Akbarov (Qazaxıstan) və Mustafa Mehmandarovun (Azərbaycan) rəhbərliyi ilə dünya klassikləri ilə yanaşı, türk dünyası bəstəkarlarının əsərlərinin səsləndirildiyi konsert dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
TÜRKSOY-un Gənclər Orkestri Makedoniyadakı ikinci konsertini Ohri Yazı Festivalında verəcək. Orkestrin Balkan turu digər ölkələrdəki konsertlərlə avqustun 2-dək davam edəcək.

-
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
-
Borrell İsrailin Rəfahdakı əməliyyatından narahatdır
-
ABŞ səfiri Rusiyanı tərk edib
-
Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsiylə əlaqədar pul kompensasiyası ödəniləcək
-
Qüdrət Həsənquliyevdən mühüm təklif
-
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
-
Yaşı 100 və 100-dən daha çox olan pensiyaçıların sayı açıqlanıb
-
“Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycan iqtisadiyyatı 5 dəfə böyüyə bildi”
-
“İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir”
-
Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür
-
Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib
-
Qadın sahibkarlığın inkişafı ilə bağlı 50 milyon manatdan çox güzəştli kredit verilib - Nazir müavini
-
“Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə çox böyük işlər, hümanitar aksiyalar həyata keçirilib”
-
“Heydər Əliyev Fondu şəhid ailələri, müharibə veteranları və müharibə əlillərini hər zaman diqqətdə saxlayır”
-
Traktor Fulada qarşı qalib gəlib
-
Ərdəbildə su böhranı- Sudan istifadədə qənaət etməyə çağırıldı
-
Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
-
Azərbaycan artıq 4-cü DİM hesabatını hazırlayan az ölkələrdən biridir - Sahib Məmmədov
-
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu göndərib
-
“Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır”
-
İqtisadiyyat qadınları az cəlb etdikcə hər il trilyonlarla dollar itirilir - Bahar Muradova
-
Əli Əhmədov: Azərbaycan BMT qarşısında 100-120 milyon insan ölümünün qarşısını alacaq təşəbbüs irəli sürüb
-
Azərbaycan və Slovakiya arasında münasibətlər inkişaf edir - Yusif Abdullayev
-
Tatar BMT Baş katibinin xüsusi nümayəndəsi ilə görüşəcək
-
Milli Məclisin iclası başlayıb
-
QHT növbəti layihəsinin icrasına başlayıb
-
DİM qlobal təhdidlərlə üzləşib - Baş nazirin müavini
-
Güneyli aktivistə məzuniyyət verilib
-
Qaşqayil türkləri Azərbaycana dəstək verdi- Bu, bizə qarşı təhdiddir
-
Bakıda minik və yük maşını toqquşub, xəsarət alan var - VİDEO
-
İsmayıllı-Qəbələ yolunda avtomobil ağaca çırpılıb - FOTO
-
"Azərbaycan karbohidrogenlərin hasilatı və emalı üzrə dünya liderlərindən biri kimi tanınır"
-
Bakıda 4-cü DİM Dialoqu keçirilir
-
ARDNF "Şahdəniz"dən əldə etdiyi gəlirlərin həcmini açıqlayıb
-
Rusiya indiyə qədər 476 460 hərbçisini itirib
-
Azərbaycan və Slovakiya şirkətləri əməkdaşlıq memorandumları imzalayıb
-
Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib
-
Nazir: Slovakiya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni nəzərdən keçiririk
-
Konyada "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
-
Vaşinqton Gürcüstana xəbərdarlıq edib
-
Trampın məhkəmə prosesi qəsdən uzadılır
-
Makron və Leyen Si Cinpinin Rusiyaya təsir göstərməsinə çalışıblar
-
Nyu-York birjasında təbii qaz yenidən ucuzlaşıb
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
İsmayıllıda ev yanıb
-
Bu günə olan valyuta məzənnələri
-
Tokayev: “Qazaxıstan ilk növbədə milli maraqların qorunmasına üstünlük verir”
-
İsrail tankları Rəfaha girib, keçid məntəqəsi fəaliyyətini dayandırıb - YENİLƏNİB
-
AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif
-
Qusarda 32 yaşlı qadın dəm qazından boğularaq ölüb
-
Bakıda "Prius" piyada qadını öldürüb
-
Qızıl və gümüşün qiyməti cüzi azalıb
-
Çin və Fransa liderləri İranın nüvə probleminin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildiriblər
-
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
-
Bu gün bəzi ərazilərdə qaz olmayacaq
-
Fransada antisemitizm hadisələrinin sayı artıb
-
bp Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb
-
“Union Berlin” Byelitsanı istefaya göndərib