

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşü və imzalanan bəyanat barədə açıqlamasında iddia edib ki, Zəngəzur dəhlizi 100 illik icarəyə ABŞ-yə veriləcək və bu marşrut Gürcüstanı regional tranzitdən kənarlaşdıracaq”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O bildirib ki, əslində bu iddia daha çox siyasi emosiyalara söykənir və real iqtisadi-siyasi vəziyyətlə üst-üstə düşmür: “Zəngəzur dəhlizi Gürcüstan ərazisindən keçən əsas enerji və nəqliyyat xətlərini əvəz etmir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars və TANAP kimi layihələr uzunmüddətli strateji əməkdaşlığın təməlidir və Azərbaycanın Gürcüstanla münasibətlərində dəyişiklik yaratmır. Hazırda Ermənistanla Azərbaycan arasında tam normallaşma baş verməyib və dəhlizin işə düşməsi üçün infrastruktur belə bərpa olunmayıb. Gürcüstan isə oturuşmuş enerji marşrutları, Qara dəniz sualtı kabeli kimi “yaşıl enerji” layihələri və Poti-Batumi limanları ilə strateji tranzit rolunu qoruyur”.
T.Rzayev əlavə edib ki, “Orta Dəhliz” layihəsi, eləcə də Anakliya dərin dəniz limanı perspektivləri Gürcüstanı gələcəkdə daha mühüm logistik mərkəzə çevirir: “Bakı da Tbilisini regional əməkdaşlığın vacib hissəsi kimi görür və mövcud tərəfdaşlığı gücləndirməyə çalışır. Yəni Zəngəzur dəhlizi Gürcüstanı kənarda qoymaq deyil, regionda əlavə bağlantı yaratmaq məqsədi daşıyır”.
Röya İsrafilova