

14 Avqust 20:11
14 Avqust 18:30
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Heç şübhəsiz ki, Alyaskada Ukraynasız keçən görüşdə Trampla Putinin razılaşmaları rəsmi Kiyev üçün əhəmiyyətsizdir. Artıq Zelenski Ukraynasız bu görüşə mənfi münasibətini bildirib. Həmçinin Avropa İttifaqı da bu görüşlə bağlı faktiki Ukrayna ilə eyni mövqedən çıxış edir.
Bunu politoloq Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, bəllidir ki, Rusiyaya qarşı kütləvi sanksiyalar fonunda Rusiyanı Ukrayna ilə müharibədə ayaq üstündə saxlayan əsasən Çindir. Trampın Putinlə görüşündən müəyyən nəticə olarsa da belə, Rusiya qarşı Qərbin və ümumiyyətlə dünyanın münasibətinin dəyişməsi, sanksiyaların götürülməsi xeyli zaman tələb edir və bu vəziyyət Rusiyanı Çindən asılı saxlayır. Çin isə Rusiya - Ukrayna müharibəsinin davamında çox maraqlıdır. Putin isə Çinin "məsləhətlərini" nəzərə almaqdan başqa çıxışı yoxdur:
"Düşünürəm ki, Putin Trampla görüşdə ABŞ-da əldə edilən Zəngəzur razılaşmasını -Tramp yolunu, Ermənistanı siyasi alver predmetinə çevirməyə çalışacaq. Hesab edirəm ki, Rusiya ABŞ-a Zəngəzura nəzarətə razılıq müqabilində Ukraynaya müdaxilə etməməyi təklif edəcək. Gümrüdə Rusiyanın 102-ci hərbi bazadan çıxacağına hazırlaşdığı barədə məlumatların yayılması məhz bu təklifə söykənə bilər. Ancaq, hər iki halda ABŞ Ukraynada mineral ehtiyatlarla, Ermənistanla isə Zəngəzura nəzarətlə bağlı 99 illik müqavilə ilə maraqlarını təmin edib".
Cavid