“Məqsədimiz Azərbaycana yeni investisiyaların cəlb olunmasıdır” Gündəm

“Məqsədimiz Azərbaycana yeni investisiyaların cəlb olunmasıdır”

“Azərbaycan iqtisadiyyatında dinamik dəyişikliklər baş verir. Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirildi. Bizim məqsədimiz Azərbaycana yeni investisiyaların cəlb olunmasıdır”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

Deputat artıq bu istiqamətdə uğurların olduğunu əlavə edib: “Azərbaycan iqtisadiyyatına “Masdar”, “ACWA Power” şirkətləri böyük sərmayələr yatırıb və yaşıl enerji inkişaf edir. Qeyri-neft sektorunun inkişafı üçün cənab Prezident görüşlər keçirir. Yeni investisiya fondlarının, regional və infrastruktur layihələrin inkişafı üçün Azərbaycana investisiyalar cəlb olunur. O cümlədən də Bakıda Ələt Azad İqtisadi Zonası var. Oraya da iqtisadi sərmayələr axını davam edir. Azərbaycana təkcə Ərəb ölkələri yox, Çin və digər ölkələr də böyük investisiyalar yatırır. Yəni əsas siyasi prioritet bundan ibarətdir”.

Röya İsrafilova