

“Sentyabrın 25-də Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 80-ci sessiyası çərçivəsində çıxışı olacaq. Bununla belə, onun Nyu-York səfərinin gündəliyi, ölkənin beynəlxalq mövqeyini gücləndirən strateji addımlarla müşahidə edilir. Su səfər yalnız rəsmi çıxış və görüşlərdən ibarət deyil, həm də Azərbaycanın xarici investisiyalar sahəsində cəlbediciliyini artırmaq, yeni iqtisadi əməkdaşlıq imkanları yaratmaq baxımından böyük əhəmiyyət daşıyır”.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Turan Rzayev deyib.
O qeyd edib ki, dövlət başçımızın dünyanın ən nüfuzlu maliyyə idarəetmə şirkətlərinin rəhbərləri ilə görüşləri ölkənin maliyyə bazarlarında yaratdığı inamın göstəricisidir: “Məsələn, “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi böyük şirkətlər hazırda qlobal maliyyə bazarlarında əsas söz sahibi sayılır. Bu şirkətlər yalnız böyük sərmayələr yatırmaqla kifayətlənmir, eyni zamanda, iqtisadi trendləri formalaşdıran, qlobal kapitalın istiqamətini müəyyənləşdirən qurumlardır. Onların Azərbaycanla əməkdaşlıq etmək istəyini ortaya qoyması, ölkənin regional və beynəlxalq iqtisadi arenada etibarlı tərəfdaş kimi tanındığını sübut edir”.
Röya İsrafilova