

Fransada etirazların davamı olaraq müəllimlər, nəqliyyat işçiləri, xəstəxana heyətləri, əczaçılar və ictimai sektorda çalışanlar tətil elan ediblər. Məqsəd yeni Baş nazir Sebastyan Lekornyunun maaş və təqaüdlər, eləcə də ictimai xidmətlərlə bağlı qəbul edilmiş qərarları yenidən nəzərdən keçirməyə məcbur etməkdir.
Politoloq Zeynal Əmrəliyev deyib ki, tətillər səbəbindən məktəblər, dəmir yolu və aviasiya sektorlarının fəaliyyətində ciddi problemlər yaşanır. Daxili işlər naziri Bruno Retalo aksiyaların hibrid olduğunu, etiraza icazə verilmiş insanlarla ultra-solçu təxribatçıların bir-birinə qarışdığını qeyd edib: "Qeyd edək ki, Fransa siyasi rəhbərliyin qeyri-stabilliyi, maaş və təqaüdlərlə, ictimai xidmətlə bağlı siyasəti, büdcədə olan nöqsanlar bir müddətdir əhalinin qəzəbinə səbəb olub. İki ildən az bir müddətdə Fransada təyin olunan 5-ci Baş nazir Sebastyan Lekornyunun əvvəlki büdcə siyasətini dəyişməklə bağlı vədləri də etirazçıların hiddətini soyuda bilməyib. Fransada baş verən son etirazlar və genişmiqyaslı tətillər bir neçə sosial, iqtisadi və siyasi problemin kulminasiya nöqtəsidir. Prezident Emanuel Makronun dövründə vəzifədə çalışmış baş nazirlərin həyata keçirdiyi sosial - iqtisadi siyasət xalqda hiddət doğurur. Mitinqlərdə iştirak edən əsas təbəqə ictimai xidmət sektorunun işçiləridir. Buna səbəb odur ki, illərdir Fransada maaşlar artırılmır. İnsanlar verilən əmək haqqının onların həyat səviyyəsinə uyğun olmadığı barədə dəfələrlə həmkarlar ittifaqları vasitəsi ilə hökumətə çağırışlar ediblər. Lakin fransız hökuməti insanların maaş ehtiyacını qarşılamaq da çarəsiz vəziyyətdə düşüb. Maaşların artırılmaması ilə bərabər ölkədə " sakit inflyasiya " hökm sürür".
Cavid